Bağdadda etiraz aksiyaları - 80-dən çox insan yaralandı

10:02 - 02 Oktyabr 2022

Bağdadda etiraz aksiyaları - 80-dən çox insan yaralandı

İraqın paytaxtı Bağdadın Təhrir meydanı yaxınlığında keçirilən etiraz aksiyaları zamanı azı 86 nəfər xəsarət alıb.

Manset.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Bildirilib ki, zərərçəkənlərin təxminən yarısı hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. 38 etirazçının isə rezin güllələrdən yaralandığı qeyd oluub.

İraq hərbçiləri izdihamın içinə “sızmış elementlərin” “Molotov kokteyli” və ov tüfəngi ilə təhlükəsizlik qüvvələrinə hücum etdiyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az