Ukrayna bir gecədə İranın 5 PUA-sını məhv etdi

12:08 - 02 Oktyabr 2022

Ukrayna bir gecədə İranın 5 PUA-sını məhv etdi

Bu gecə Ukrayna Hərbi Hava Qüvvələri ölkənin Nikolayev vilayətinə hücum edən İran istehsalı olan 5 ədəd “Şahid-136” kamikadze-dronunu məhv edib.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

Bildirilib ki, ümumilikdə oktyabrın 2-nə keçən gecə işğalçılar 7 “Shahed-136” ilə vilayətə hücum ediblər. Onlardan 5-i Odessa zenit-raket briqadası və Xerson zenit-raket briqadasının hərbçiləri tərəfindən zərərsizləşdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az