Kadırovdan təhdid mesajı

13:30 - 02 Oktyabr 2022

Kadırovdan təhdid mesajı

Çeçenistan prezidenti Kadırov 5 minə yaxın rus əsgərinin Ukrayna ordusu tərəfindən mühasirəyə alınmasından sonra sərt reaksiya verib. 


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna ordusu bu gün Donetskdə strateji əhəmiyyətə malik Lyman şəhərini tamamilə mühasirəyə aldığını bildirib. Şəhərin demək olar ki, bütün çıxış və təchizat yolları kəsildiyi bəyan edilib.

Luqansk qubernatoru Serhiy Hayday da Rusiyanın ilhaq etdiyi Donetsk vilayətində yerləşən Lyman şəhərində 5 minə yaxın rus əsgərinin Ukrayna ordusu tərəfindən mühasirəyə alındığını açıqlayıb. 

Uğursuzluğa görə bəzi komandirləri günahlandıran Kadırov “həll” olaraq nüvə silahından istifadə etməyi təklif edib:
“Şəxsi fikrimcə, sərhəddə hərbi vəziyyət elan olunana və  nüvə silahının tətbiqinə qədər daha sərt tədbirlər görülməlidir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az