Çeçenistan prezidenti Kadırov 5 minə yaxın rus əsgərinin Ukrayna ordusu tərəfindən mühasirəyə alınmasından sonra sərt reaksiya verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna ordusu bu gün Donetskdə strateji əhəmiyyətə malik Lyman şəhərini tamamilə mühasirəyə aldığını bildirib. Şəhərin demək olar ki, bütün çıxış və təchizat yolları kəsildiyi bəyan edilib.
Luqansk qubernatoru Serhiy Hayday da Rusiyanın ilhaq etdiyi Donetsk vilayətində yerləşən Lyman şəhərində 5 minə yaxın rus əsgərinin Ukrayna ordusu tərəfindən mühasirəyə alındığını açıqlayıb.
Uğursuzluğa görə bəzi komandirləri günahlandıran Kadırov “həll” olaraq nüvə silahından istifadə etməyi təklif edib:
“Şəxsi fikrimcə, sərhəddə hərbi vəziyyət elan olunana və nüvə silahının tətbiqinə qədər daha sərt tədbirlər görülməlidir”.