“Şimal axını” qaz kəmərlərindən sızıntı dayandı

17:20 - 02 Oktyabr 2022

“Şimal axını” qaz kəmərlərindən sızıntı dayandı

“Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərindən sızıntı dayanıb.

 

Manset.az xəbər verir ki, bu barədə Danimarkanın Enerji Agentliyi məlumat yayıb.

Bildirilib ki, son bir neçə gündə sızıntılar qeydə alınmayıb.

“Qazprom”un məlumatına görə, partlayışlar zamanı “Şimal axını”nın üç xəttində təxminən 800 milyon kubmetr qaz olub ki, bu da Danimarkanın üç aylıq istehlakına bərabərdir.

İlkin məlumata görə, bundan əvvəl Baltik dənizinin dibində ən azı iki partlayış baş verib. Danimarka və İsveçin seysmoloji institutları onların bir neçə yüz kiloqramlıq partlayıcı yükə uyğun gəldiyi qənaətinə gəliblər. Hələlik heç bir ölkə hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Rusiya Baş nazirinin müavini Aleksandr Novakın fikrincə, “Şimal axını”nı hələ də təmir etmək olar, lakin bu, “vaxt və pul” aparacaq. A.Novak hesab edir ki, ABŞ, Ukrayna və Polşa qaz kəmərinə hücumda maraqlıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az