Mask Rusiya və Ukrayna arasında münaqişənin həlli yolunu təklif etdi və cavabını aldı - FOTO

23:17 - 03 Oktyabr 2022

Mask Rusiya və Ukrayna arasında münaqişənin həlli yolunu təklif etdi və cavabını aldı - FOTO

Amerikalı iş adamı İlon Mask Rusiya ilə Ukrayna arasında münaqişəni həlli yolunu təklif edib.

 

Manset.az xəbər verir ki, bu barədə o, bazar ertəsi özünün “Twitter” yazıb.

Mask ilk addım olaraq BMT-nin nəzarəti altında Rusiyanın bu yaxınlarda ilhaq etdiyi ərazilərdə yenidən referendumların keçirilməsini təklif edib.

“Xalq iradəsini ortaya qoyarsa, Rusiya bu əraziləri tərk etməlidir. Krım 1783-cü ildən (Xruşşovun səhvindən əvvəl) olduğu kimi, formal olaraq Rusiyanın bir hissəsi olacaq. Bundan sonra yarımadaya su verilməsini təmin etmək lazımdır. Ukrayna isə neytral qalmalıdır”, - Mask qeyd edib.

Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak dünyanın ən varlı adamı olan Maska cavab verib.

“İlon Maks, daha yaxşı sülh planı var: Ukrayna öz ərazilərini, o cümlədən ilhaq edilmiş Krımı azad edir, Rusiya artıq başqalarını təhdid edə bilməməsi üçün demilitarizasiya və məcburi denuklearizasiyaya məruz qalır, hərbi cinayətkarlar beynəlxalq tribunal qarşısına çıxarılır”, -deyə Podolyak bildirib.

Qeyd edək ki, Maskın paylaşımından sonra “Tesla”nın səhmləri kəskin şəkildə ucuzlaşıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az