Qazaxıstanın daxili işlər naziri Marat Əhmədcanov Nazirlər Şurasının həftəlik iclasından sonra jurnalistlərə açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Əhmədcanov bildirib ki, Rusiyada qismən səfərbərlik elan edilən 21 sentyabrdan bəri ölkəyə 200 mindən çox Rusiya vətəndaşı gəlib:
“Sentyabrın 21-dən indiyədək 200 mindən çox Rusiya vətəndaşı gəlib. Eyni zamanda 147 min Rusiya vətəndaşı ölkəni tərk edib. Qazaxıstan vətəndaşlığı üçün 68 nəfər müraciət edib”.
Nazir Rusiyadan gələnlərlə bağlı vəziyyətin nəzarət altında olduğunu bildirib.