İlon Mask Zelenskini qəzəbləndirdi – FOTO

14:25 - 04 Oktyabr 2022

İlon Mask Zelenskini qəzəbləndirdi – FOTO

Tesla və SpaceX-in baş direktoru İlon Maskın Rusiya və Ukrayna üçün “sülh planı” sosial medianı bir-birinə qatıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Mask öz tviter hesabında Rusiya-Ukrayna üçün “sülh planı” paylaşıb. 

O, “Ukrayna-Rusiya sülhü” başlıqlı yazı paylaşaraq iki ölkə üçün maddələr təqdim edib. 

Etdiyi paylaşımda Ukraynada Rusiyanın ilhaq etdiyi bölgələrdə referendum keçirilməli olduğunu və Rusiyanın lehinə nəticələnərsə, bu bölgənin əhalisinin Rusiyaya bağlana biləcəyini bildirib. 

Maskın digər şərti Krımla bağlı olub. Krımın Rusiyanın bir hissəsi olduğunu bildirən Mask, bölgədəki infrastrukturun dəstəklənməsi və eyni zamanda Ukraynanın neytral statusa qayıtması lazım olduğunu müdafiə edib.

İlon Mask həmin postunun altına sorğu əlavə edib və insanlardan bu məsələlərdə onunla həmfikir olub-olmadığını soruşub. 
Lakin onun bu paylaşımı xüsusilə Ukrayna tərəfdən kəskin reaksiya alıb.
Ukraynanın Almaniyadakı səfiri Andrij Melnik bu yazının altında söyüşlə cavab yazıb.

Mask bundan sonra növbəti sorğunu paylaşıb: 
“O zaman gəlin bunu sınayaq: Donbas və Krımda yaşayan insanların iradəsi onların Rusiyanın, yoxsa Ukraynanın bir hissəsi olduğuna qərar verməlidir: Bəli, Xeyr”.
İkinci sorğudan sonra Ukrayna prezidenti Volodimir Zelenski qəzəblənib və öz Tviter hesabında Maskı hədəfə alıb. 

Zelenski Maska öz Tviter sorğusu ilə cavab verib: 
"Hansı İlon Maskı daha çox bəyənirsiniz?": 
“Ukraynanı dəstəkləyən” yoxsa “Rusiyanı dəstəkləyən”.


 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az