Rusiya prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırova general-polkovnik rütbəsi verib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri özünün teleqram kanalında məlumat yayıb.
“Sizinlə bir şad xəbəri paylaşmaq istəyirəm. Rusiya prezidenti məni general-polkovnik rütbəsi ilə təltif etdi. Fərman 709 nömrəsi ilə çıxıb. Vladimir Vladimiroviç şəxsən özü mənə bu barədə məlumat verdi və məni təbrik etdi”, - deyə Kadırov bildirib.