Sabah Əliyev və Ərdoğan da görüşəcək - Paşinyan AÇIQLADI

17:57 - 05 Oktyabr 2022

Sabah Əliyev və Ərdoğan da görüşəcək - Paşinyan AÇIQLADI

Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş keçiriləcək.

 

Manset.az Turkustan.az-a istinadən xəbər verir ki, bu haqda N.Paşinyan bu gün parlamentdə “Hökumət saatı”nda çıxışı zamanı bildirib.

Dördtərəfli görüş sabah Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçiriləcək.

O həmçinin bildirib ki, sammit çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşəcək. Qeyd edək ki, indiyədək Ərdoöanla Paşinyan arasında yalnız bir dəfə telefon söhbəti olub. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az