Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş keçiriləcək.
Manset.az Turkustan.az-a istinadən xəbər verir ki, bu haqda N.Paşinyan bu gün parlamentdə “Hökumət saatı”nda çıxışı zamanı bildirib.
Dördtərəfli görüş sabah Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçiriləcək.
O həmçinin bildirib ki, sammit çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşəcək. Qeyd edək ki, indiyədək Ərdoöanla Paşinyan arasında yalnız bir dəfə telefon söhbəti olub.