İsveçin Ankaradakı səfiri Türkiyə XİN-ə çağırıldı

20:42 - 05 Oktyabr 2022

İsveçin Ankaradakı səfiri Türkiyə XİN-ə çağırıldı

İsveç Dövlət Televiziyasında (SVT) Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ölkəsinin ünvanına təhqiramiz ifadələr və görüntülərin yer aldığı proqrama görə İsveçin Ankaradakı səfiri Staffan Herrström Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Manset.az xəbər verir ki, diplomatik mənbələrdən əldə edilən məlumata görə, SVT-də proqramla bağlı Türkiyənin sərt reaksiyası səfirə çatdırılıb.

“Prezidentimizə və ölkəmizə qarşı hədsiz və çirkin ifadələrin, görüntülərin yolverilməz olduğu vurğulanıb, bu cür hadisələri ifadə və mətbuat azadlığı ilə izah etməyin mümkün olmadığı vurğulanıb”, məlumatda bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az