Ümumdünya Səhiyyə Təşkilatı Qambiyada aşkarlanan böyrək çatışmazlığı epidemiyası və 66 uşağın ölümündən sonra Hindistan mənşəli 4 siropa qarşı xəbərdarlıq edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ÜST-nin verdiyi açıqlamada, ““Maiden Pharmaceuticals Limited” tərəfindən Hindistanda istehsal olunan 4 dərman, öskürək və soyuqdəymə siropu. ÜST Hindistandakı şirkətlər və tənzimləyici orqanlarla əlavə araşdırmalar aparır” deyilib.
Baxmayaraq ki, bu günə qədər epidemiya yalnız Qambiyada aşkar edilib, ÜST dərmanların ölkədən kənarda paylanmış ola biləcəyi barədə xəbərdarlıq edib.
ÜST həmçinin xəstələrə daha çox zərər verməmək üçün bütün ölkələri bu məhsulları aşkar edib dövriyyədən çıxarmağa çağırıb.