Şimali Koreya yenə ballistik raket atdı

10:48 - 06 Oktyabr 2022

Şimali Koreya yenə ballistik raket atdı

Yaponiya Müdafiə Nazirliyi və Cənubi Koreya Baş Qərargahı Şimali Koreyanın Yapon dənizi (Şərq dənizi) istiqamətində iki ballistik raket atdığını açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Cənubi Koreya Baş Qərargahı yerli vaxtla saat 06:01 və 06:23-də Pxenyan yaxınlığındakı Samsok bölgəsindən iki qısa mənzilli ballistik raketin buraxıldığını bildirib.

Yaponiyanın müdafiə naziri Hamada Yasukazu maksimum 350 kilometr, digər 800 kilometr yüksəkliyə çatan raketlərin Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşdüyünü bildirib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az