Ukrayna prezidenti Vladimir Zelenski bu gün Ukrayna ordusunun Xerson vilayətində 3 yaşayış məntəqəsinə nəzarəti bərpa etdiyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zelenski, "Yalnız bu gün Xerson vilayətinin Novovoskresenske, Novoqriqorivka və Petropavlivka kimi yaşayış məntəqələri qondarma referendumdan xilas edilib və stabilləşdirilib. Mübarizə davam edir" - deyib.