İstanbul Ataşehirdəki özəl xəstəxanada tibb işçilərinin yaşlı xəstəyə pis rəftar etdiyi görüntülərinin sosial mediada yayılmasından sonra Anadolu Baş Prokurorluğu araşdırmalara başlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İstanbulun Ataşehir səmtində yerləşən özəl xəstəxanada çarpayıya bağlı vəziyyətdə olan yaşlı qadın təhqir edilib, üzünə pul atılıb, söyüşlə, “əməliyyata gedirsən” deyərək qorxudulub.
Başladılan istintaq çərçivəsində 8 nəfər saxlanılıb.
Şübhəli şəxslərin prokurorluqda dindirilməsi davam edir.