Avropa İttifaqı Rusiyalı müğənnilərə qarşı sanksiya tətbiq etdi

19:42 - 06 Oktyabr 2022

Avropa İttifaqı Rusiyalı müğənnilərə qarşı sanksiya tətbiq etdi

Avropa İttifaqı Ukraynanın dörd subyektinin Rusiya Federasiyasına ilhaqı ilə əlaqədar 30 fiziki və 7 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.

 

Manset.az xəbər verir ki, məhdudiyyətlərin tətbiq edildiyi şəxslərin siyahısına ifaçılar Yuliya Çiçerina, Nikolay Rastorquyev və Oleq Qazmanov da daxil edilib.

Bu barədə cümə axşamı müvafiq qaydaların dərc edən Aİ-nin rəsmi jurnalında məlumat verilib.

Bununla yanaşı, hüquqi şəxs olan “Fakel”, “Avanqard”, “İrkut”, “Deqtyaryov” zavodu da qara siyahıya düşüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az