Şarl Mişel Praqada keçirilən dördtərəfli görüşü şərh etdi - FOTO

11:43 - 07 Oktyabr 2022

Şarl Mişel Praqada keçirilən dördtərəfli görüşü şərh etdi - FOTO

“Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazırdır”.

 

Manset.az xəbər verir ki, bu sözləri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa Respublikasının Prezidenti Emmauel Makronla 2022-ci il oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüşün yekunları ilə bağlı tviter hesabındakı paylaşımda qeyd edib.

“Aİ-nin dəstəkləməyə hazır olduğu dayanıqlı deeskalasiya və gücləndirilmiş sülh səyləri müzakirə edilib”, - deyə o, əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az