Vətən müharibəsinin 19-cu günü: Altı kənd işğaldan azad edilib - SİYAHI

00:02 - 15 Oktyabr 2022

Vətən müharibəsinin 19-cu günü: Altı kənd işğaldan azad edilib - SİYAHI

Bu gün Azərbaycanın 44 günlük Vətən müharibəsində bir neçə ərazisinin işğaldan azad etməsindən iki il keçir.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, müzəffər Azərbaycan Ordusu 2020-ci ilin oktyabrın 15-də Cəbrayıl, Füzuli və Xocavənd istiqamətlərində uğurlar qazanıb.

Həmin gün Azərbaycan Ordusu Cəbrayılın Doşulu, Xocavəndin Edişə, Düdükçü, Edilli və Çıraquz kəndlərini işğaldan azad edib.

Ordumuz həmin gün Füzulinin Arış kəndinə də nəzarəti bərpa edib.

Xatırladaq ki, adıçəkilən kəndlərin işğaldan azad edilməsi xəbərini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “Twitter” hesabında paylaşıb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az