Hakerlər Moldova Prezidenti və baş nazir müavininin “Telegram” hesablarını ələ keçirdilər

21:43 - 09 Noyabr 2022

Hakerlər Moldova Prezidenti və baş nazir müavininin “Telegram” hesablarını ələ keçirdilər

Noyabrın 9-da hakerlər Moldova Prezidenti Maya Sandu və baş nazirin müavini Andrey Spinunun rəsmi “Telegram” hesablarını “sındırıblar”.

 

Manset.az xəbər verir ki, siyasətçilərin sosial şəbəkələrində respublikanın ədliyyə naziri Sergiu Litvinenkonun korrupsiya sxemləri ilə bağlı eyni mesajlar yayılıb.

Öz növbəsində, M.Sandunun mətbuat xidməti Moldova prezidentinin rəsmi “Telegram” kanalında çıxan bütün paylaşımların yalan olduğunu və hakerlər tərəfindən dərc edildiyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az