Noyabrın 18-də İranda kütləvi iğtişaşlar zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) polkovniki Nader Bayrami öldürülüb.
Manset.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat verib.
“SEPAH-ın Kirmanşah əyalətindəki kəşfiyyat zabiti, polkovnik Nader Bayrami xidməti vəzifəsini yerinə yetirərkən iğtişaşçılar tərəfindən öldürülüb”, - deyə İran agentliyi bildirib.
Bildirilir ki, Bayrami təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşma zamanı bıçaqlanaraq öldürülüb.
***
İranın Kirmanşah əyalətində SEPAH-ın təhlükəsizlik idarəsinin rəisi, polkovnik Nadir Bayrami etiraz aksiyaları zamanı öldürülüb.
Manset.az xəbər verir ki, hadisə bu gün Kirmanşah əyalətinin Səhnə şəhərində baş verib.
Onun soyuq silahla öldürüldüyü bildirilir.
Qətli törədən şəxslərin həbs edildiyi bildirilir.