Həyat yoldaşının anasını və qardaşını öldürən qatil AXTARILIR- FOTO

21:40 - 18 Noyabr 2022

Həyat yoldaşının anasını və qardaşını öldürən qatil AXTARILIR- FOTO

Manisanın Saruhanlı rayonunda 63 yaşlı qayınanası Nergis Güçlüer və 38 yaşlı baldızı Kamal Güçlüeri atasına ov tüfəngi ilə vuraraq öldürən 46 yaşlı Salih Güçlüerin axtarılır.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ötən gün axşam Manisanın Saruhanlı rayonunun Dilek kəndində baş verib.

10 illik evli və 2 uşaq anası Ömür Güçlüer günorta saatlarında həyat yoldaşı Salih Güçlüerlə mübahisə etdikdən sonra atası Veysel Güçlüerin evinə gedib.

Alkoqol aludəçisi olduğu bildirilən Salih Güçlüer də axşam saatlarında həyat yoldaşı ilə danışmaq üçün qohumu olan qayınatasının yanına gəlib. Tərəflər arasında mübahisə yaranıb. Həyat yoldaşı ilə görüşə icazə verilməyən Salih Güçlüer özü ilə gətirdiyi nasoslu tapança ilə evin eyvanında qaynı Kemal Güçlüerə atəş açıb.

Salih Güçlüer daha sonra evə girərək qapı arxasında dayanan qayınanası Nergis Güçlüerə atəş açıb. Nergis Güçlüer və oğlu Kamal Güçlüer qanlar içində yerə yıxılıblar. Xəbər üzərinə gələn sağlamlıq qrupları, ana və oğlunun öldüyünü təyin etdi. Meyitlər yarılma üçün İzmir Ədli Tibb Qurumuna göndərilib.

Jandarma qaçan şübhəlinin tutulması üçün əməliyyata başlayıb. Qaçan şübhəlinin axtarışları davam edərkən, ana və oğlunun cəsədləri bu gün dəfn edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az