Müharibə başlayandan bəri 8 milyon ukraynalıya qapılarını açan Polşa hökuməti ölkənin sığınacaqlarında 4 aydan çox qalan ukraynalı qaçqınlardan yemək və sığınacaq üçün pul tələb etməyə qərar verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yaşlılar, əlillər və hamilə qadınlar qərardan azad olunacaqlar.
Qərar 2023-cü il martın 1-dən qüvvəyə minəcək.