Avropa Komissiyasından Rusiya aktivləri ilə bağlı BƏYANAT

13:15 - 30 Noyabr 2022

Avropa Komissiyasından Rusiya aktivləri ilə bağlı BƏYANAT

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiyanın 300 milyard avro, rus oliqarxlarının isə 19 milyard avro vəsaitinin dondurulduğunu və sanksiyaların aradan qaldırılmasından sonra bu aktivlərin Ukraynaya dəymiş ziyanın ödənilməsi üçün istifadə edilməli olduğunu bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Leyen açıqlamasında, “Rusiyanın Ukraynaya təcavüzü ölüm, dağıntı və təsvir olunmaz iztirablar gətirdi. Buçadakı dəhşəti hamımız xatırlayırıq. İndiyədək 20 mindən çox dinc sakinin və 100 min Ukrayna əsgərinin həlak olduğu təxmin edilir. Birincisi, Rusiya öz ağır cinayətlərinin, o cümlədən suveren dövlətə qarşı təcavüz cinayətinin əvəzini, ikincisi, maddi cəhətdən vurduğu dağıntıların əvəzini ödəməlidir. Ukraynaya dəyən ziyan 600 milyard avro dəyərində qiymətləndirilir. Rusiya və onun oliqarxları Ukraynaya dəyən zərəri və ölkənin yenidən qurulması xərclərini ödəməlidir. Rusiyaya bunu ödətməyə imkanımız var. Rusiya Mərkəzi Bankının ehtiyatlarının 300 milyard avrosunu blokladıq və rus oliqarxlarının 19 milyard avro pulunu dondurduq. Sanksiyalar aradan qaldırıldıqdan sonra bu vəsait Rusiyanın Ukraynaya vurduğu bütün zərəri kompensasiya etmək üçün istifadə edilməlidir” - deyib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az