Rusiya və Kadırovdan Papaya SƏRT REAKSİYA

13:24 - 30 Noyabr 2022

Rusiya və Kadırovdan Papaya SƏRT REAKSİYA

Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransiskin Rusiya müharibəsindən danışarkən çeçenləri və buryatları “ən qəddar” adlandırması Rusiyanın reaksiyasına səbəb olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna xalqını "şəhid xalq" adlandıran Papa, "Şəhidlər varsa, onları şəhid edənlər də var. Mən Ukraynadan danışanda vəhşiliklərdən danışıram, çünki gələn qoşunlara zülm edənlər haqqında çox şey bilirəm. Ümumiyyətlə, ən qəddarlar bəlkə də Rusiyadan olanlar, amma rus ənənəsindən olmayan çeçenlər, buryatlar və bu kimilərdir. Amma təbii ki, işğalçı Rusiya dövlətidir” - deyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Roma Papası Fransiskə belə cavab verib:

"Bu, artıq Rusiya əleyhinə deyil, hansı səviyyədə olduğunu bilmədiyim təhrifdir. Xatırlayırsınızsa, 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində bizə bunun əksini deyirdilər ki, “ruslar və slavyanlar Qafqaz xalqlarına zülm edir”. İndi deyirlər ki, Qafqaz xalqları ruslara zülm edir”.

Rusiya Federasiyası Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırov sosial media hesabından verdiyi açıqlamada, "Dünya şöhrətli bir din xadiminin müsəlmanların düşmənə münasibətini bilməməsi ayıbdır. Bəli, biz vətənimizi, dinimizi, xalqımızı qorumaqda çalışqanıq. Biz də vətəndaşlarımızı özlərini müdafiə etmək üçün ayağa qalxmağa çağırırıq. Bu zülmdürmü?" - ifadələrindən istifadə edib.

Kadırov döyüşən çeçenlərin dindar olduğunu, aralarında bir nəfər də olsun alkoqol və ya narkoman olmadığını bildirərək, Papanın xarici medianın təbliğatının qurbanı olduğunu qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az