Aİ “Twitter”lə bağlı Maska XƏBƏRDARLIQ ETDİ

10:50 - 01 Dekabr 2022

Aİ “Twitter”lə bağlı Maska XƏBƏRDARLIQ ETDİ

Avropa İttifaqı Komissiyasının daxili bazardan məsul üzvü Thierry Breton, gələn il qüvvəyə minəcək Rəqəmsal Xidmətlər Qanunu ilə bağlı Twitter-i satın alan İlon Maska xəbərdarlıq edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Breton, sosial media platformasının yeni qaydalara əməl etmək üçün səylərini ciddi şəkildə gücləndirməli olacağını söyləyərək, onları "qarşıda çox işin" gözlədiyini bildirib.

Yeni qanuna əsasən, texnologiya şirkətlərinin terrorizmi təbliğ etmək, cinsi istismar, nifrət nitqi və fırıldaqçılıq kimi məsələlərə daha yaxşı nəzarət etmələri gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az