ABŞ İŞİD liderinin ölümünü təsdiqlədi

11:20 - 01 Dekabr 2022

ABŞ İŞİD liderinin ölümünü təsdiqlədi

CENTCOM-un sözçüsü polkovnik Co Bukkino terror təşkilatı İŞİD lideri Əbu əl-Həsən əl-Haşiminin Suriya Milli Ordusu tərəfindən öldürüldüyünü açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bukkino verdiyi açıqlamada, "Oktyabrın ortalarında Əbu əl-Həsən əl-Haşiminin ölümü İŞİD-ə daha bir zərbə vurdu. Bu əməliyyat Azad Suriya Ordusu (Suriya Milli Ordusu) tərəfindən həyata keçirildi. Suriyanın Dar əyalətində reallaşdırıldı" - deyib.

Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi, "İŞİD-in başqa bir liderinin artıq yer üzündə gəzə bilməyəcəyini elan etməkdən məmnunuq" – deyə açıqlama verib.

Başqa bir hərbi sözçü bildirib ki, əməliyyatda ABŞ qüvvələri iştirak etməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az