Ötən gün İspaniyada, Ukraynanın Madriddəki səfirliyinə göndərilən zərfin açılmasından sonra partlayış baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə nəticəsində səfirliyin əməkdaşı yüngül xəsarət alıb.
Bildirilib ki, zərfin göndəricisi məlum deyil, lakin o, Ukrayna səfiri Serhii Pohoreltsev-ə ünvanlanıb.
İspaniya mətbuatına açıqlama verən Pohoreltsev Rusiyaya istinad edərək, "Təcavüzkar ölkənin terror üsullarını bildiyimiz üçün hər cür fövqəladə vəziyyətə hazırıq" - deyib.