NATO-nun baş katibi Yens Stoltenberq Berlin Təhlükəsizlik Konfransında çıxış edərkən, Rusiya-Ukrayna müharibəsini müzakirə edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyanın işğalının sürpriz olmadığını ifadə edən Stoltenberq, “Rusiyanın Ukraynaya müdaxiləsi sürpriz olmadı. Hücumdan aylar əvvəl NATO Rusiyanın Ukraynanı işğal etməyi planlaşdırdığını göstərən məlumatlar paylaşmışdı. Diplomatik həll yolu tapmaq üçün bütün səylərimizə baxmayaraq, Putin planlarını davam etdirdi. NATO yaxşı hazırlanmışdı. Hücumdan bir neçə saat sonra müdafiə planlarımızı işə saldıq. Alyansın şərq hissəsinə minlərlə hərbçi yerləşdirdik” - deyib.