Zelenski Ukraynanın Rusiyaya torpaq verməklə sülhə nail ola biləcəyi təklifinə reaksiya verərək Maskı danlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zelenski Rusiya qüvvələrinin ölkəyə vurduğu zərəri görmək üçün İlon Maskı Ukraynaya səfərə dəvət edib:
“Belə bir səfər milyarderə bu barədə açıqlama verməzdən əvvəl vəziyyəti anlamağa kömək edəcək. Rusiyanın burada nə etdiyini başa düşmək istəyirsinizsə, Ukraynaya gəlin və bunu özünüz görəcəksiniz. Bundan sonra siz bizə bu müharibəni necə bitirəcəyimizi, onu kimin başlatdığını və nə vaxt bitirə biləcəyimizi söyləyəcəksiniz”.