Son 24 saat ərzində İspaniyada dörd fərqli ünvana partlayıcı maddələr olan zərflər göndərilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dünən Ukraynanın Madriddəki səfirliyinə, daha sonra isə Saraqosadakı silah zavoduna göndərilən partlayıcı maddələrin olduğu zərflər bu gün də Madriddəki “Torrejon de Ardoz” hərbi bazasına və Müdafiə Nazirliyinə göndərilib.
X-Ray cihazından keçən zərfdə mexanizmin olduğu aşkar edildikdə dərhal terror protokolu tərtib edilib və zərf bomba zərərsizləşdirmə qrupları tərəfindən aşkar edilib.