Rusiyanın Moskva şəhərində metronun Qovorovo stansiyasından Minskaya istiqamətində gedən metroda bir qadın digər qadın sərnişin tərəfindən telefonla danışdığı üçün üzündən bıçaqlanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən açıqlamada, 50 yaşlı təcavüzkarın qısa müddətdə tutulduğu və adam öldürməyə cəhd cinayətindən mühakimə olunacağı bildirilib.
Üz nahiyəsindən bıçaq zərbəsi alan qadın sərnişinə ilkin tibbi yardımın metro stansiyasında göstərildiyi və həyatının təhlükədə olmadığı da bildirilib.
Nazirliyin paylaşdığı videoda təcavüzkarın qadın sərnişini bıçaqladıqdan sonra metrodan düşdüyü görülüb.