"Putinlə danışıqlar mümkündür"

20:10 - 01 Dekabr 2022

\"Putinlə danışıqlar mümkündür\"

Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Co Baydenlə görüşmək üçün Vaşinqtona gəlib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Prezident Makron görüşdən əvvəl ABŞ mediasına Ukrayna-Rusiya böhranı ilə bağlı mühüm açıqlamalar verib.

Sülhün necə əldə olunmasından danışan Makron sülhün davamlı olması və ukraynalıların rəhbər tutması lazım olduğunu müdafiə edib.

“İki tərəfin uzunmüddətli perspektivdə qəbul edə bilməyəcəyi razılaşma yaxşı sülh sazişi ola bilməz”

“Birincisi, başqalarının ukraynalılara tətbiq etdiyi sülh sazişi yaxşı anlaşma deyil”, - Makron bildirib. Heç bir tərəfin orta və uzunmüddətli perspektivdə qəbul edə bilməyəcəyi razılaşma yaxşı sülh müqaviləsi ola bilməz” deyə bildirib.

"Masa arxasına qayıdıb danışıqlar aparmaq mümkün deyilmi?"

Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar masasına oturub-durmayacağına dair danışan Makron, "Putin uzun müddətdir vəzifədədir. O, öz xalqını tanıyır. Düşünürəm ki, o, səhv edib. Yenidən siyasi vəziyyətə qayıtmaq mümkün deyilmi? Danışıqlar hələ də mümkündür"deyə bildirib.

Digər tərəfdən İHA-nın məlumatına görə, Makron və Bayden arasında keçiriləcək görüşdə iki ölkə arasında iqtisadi əlaqələrlə yanaşı, Çin, İran və Yaxın Şərqdəki problemlər, Ukraynaya dəstək müzakirə olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az