Dünya Makronun açıqlamalarından danışır... Fransa liderinə sərt reaksiya

12:40 - 05 Dekabr 2022

Dünya Makronun açıqlamalarından danışır... Fransa liderinə sərt reaksiya

Dünya Fransa prezidenti Makronun sözlərindən danışır. Əvvəlki açıqlamalarından sonra geri addım atmalı olan Fransa liderinin Rusiya çağırışına sərt reaksiya verilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Fransa lideri əvvəlki açıqlamaları ilə də Ukraynanın sərt reaksiyasından sonra geri addım atmalı olmuşdu.

Makron indi də bildirib ki, NATO Ukraynadakı münaqişənin həllində Rusiyanın təhlükəsizliyinin yekun təminatlarına diqqət yetirməlidir.

O, vurğulayıb ki, Ukraynada müharibə başa çatdıqdan sonra Avropanın yeni təhlükəsizlik arxitekturasına Rusiya üçün təhlükəsizlik zəmanətləri daxil edilməlidir.

Litvanın keçmiş müdafiə və xarici işlər naziri Linas Linkevicius Makrona reaksiya verərək, "Rusiya qonşularına hücum etməsə, ilhaq etməsə və ya işğal etməsə, bütün təhlükəsizlik zəmanətlərinə sahib olacaq. Terrorçu dövlətin qorxutma üsullarını davam etdirməsinə imkan verən yeni təhlükəsizlik arxitekturası yaratmaq istəyənlər yenidən düşünməlidirlər" - deyib.

Makronun təklifinə Ukraynadan gözlənilən cavab Zelenskinin müşaviri Mixail Podolyakdan gəlib:

“Əsl sivil dünyanın təhlükəsizlik zəmanətlərinə ehtiyacı var”.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az