İngiltərədə “oğlan məsələsi” üstündə bacısı ilə mübahisə edən Liza Bouden onu maşınla vuraraq havaya uçurub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, iki uşaq anası olan 33 yaşlı Liza Bouden kiçik bacısı Jade ilə avtomobildə oğlan üstündə mübahisə edib.
Jadenin dostlarından birinin Lizanın keçmiş sevgilisi ilə görüşməyə başlamasına qəzəblənən Liza, Jade bunu normal qəbul etdiyi üçün onu maşını ilə vurub.
Xəstəxanaya aparılan qadının bədənində demək olar ki, bütün sümüklər qırılıb. Hadisə yerindən qaçan Liza evində yaxalanıb.
Məlum olub ki, Liza hadisə zamanı ağır narkotik maddə qəbul edib. O, reabilitasiyaya göndərilsə də, məhkəmə vəziyyətini çox təhlükəli hesab edərək, Lizaya 18 ay həbs cəzası verib.