Rusiyada qismən səfərbərlik başlayandan sonra ölkəni tərk edən və geri qayıtmayan Rusiya vətəndaşlarına qarşı “bəzi tədbirlərin görülməsi”, o cümlədən vergi tənzimlənməsi məsələsi parlamentin yuxarı palatası Federasiya Şurasının üzvlərinin gündəliyindədir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Şuranın Konstitusiya Komitəsinin sədri, senator Andrey Klişas, "Rusiya hakimiyyəti qismən səfərbərlik başlayandan ölkəni tərk etmiş ruslarla bağlı xaricdə yaşamaq üçün bəzi qanunvericilik dəyişiklikləri edə bilər" deyib.
Rusiyalı senator səfərbərlik başlayandan sonra ölkəni tərk edən Rusiya vətəndaşlarına bildirib ki, “iqtisadiyyatın həssas sahələrində” uzaqdan iş məhdudlaşdırıla bilər. Bu vəziyyətdə olan vətəndaşların bütün vergiləri ödəyib-ödəmədiyini bilmədiyini də ifadə edən Lşişas, "Onların çoxu qaçıb, amma Rusiya şirkətlərində uzaqdan işləməyə davam edirlər. Bununla bağlı qanunu dəyişdirə və proqramları məhdudlaşdıra bilərik. İnsanların xaricdə işləməsinə və burada maaş almasına imkan verən vergi məsələsini yenidən nəzərdən keçirə bilərik, bunu edə bilərik” - deyib.
Klişas xaricə gedən Rusiya vətəndaşlarının geri qayıtmasına konstitusiyaya zidd olacağı üçün müdaxilə etməyəcəklərini, Rusiyanı tərk edən vətəndaşların isə məhkumluğu olmadığı halda günahkar sayıla bilməyəcəklərini xatırladaraq, “Məncə, belə rusları geri qayıtmağa həvəsləndirməyə dəyməz. Lazım gələrsə, bu vəziyyətdə olanlar üçün bəzi əlavə yaxşılıqlar nəzərdən keçirilə bilər. Yəqin ki, deyə bilərsiniz ki, hər kəsin fərqli vəziyyəti var, amma məncə, xalqımız hələ də səfərbərliyə görə ölkədən qaçanları qınayır" – deyə əlavə edib.