Rusiyanın imtinasına qarşı 3 ölkədən Aİ-nin qərarına dəstək

17:27 - 05 Dekabr 2022

Rusiyanın imtinasına qarşı 3 ölkədən Aİ-nin qərarına dəstək

Rusiya neftə tavan qiymət tətbiqi ilə bağlı, “Biz neftimizə tavan qiymət tətbiq edən ölkələrə və şirkətlərə neft satmırıq” - deyərək mövqe sərgiləmişdi.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyanın narazılığına baxmayaraq, Avropa İttifaqı ölkələri birgə bəyanatla çıxış edərək qərarı alqışladıqlarını bildiriblər.

Polşa, Litva və Estoniya uzun danışıqlardan sonra qərar qəbul ediblər.

Qərarla birlikdə Rusiya neftinə tətbiq edilən sanksiyaların da təsirli olacağına diqqət çəkən açıqlamada bu ifadələrə yer verilib:

"Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barreli üçün tavan qiymətinin 60 dollar olması qərarını alqışlayırıq. Təklifimizdəki tavan qiymətə hər 2 aydan bir yenidən baxılacaq. Biz Rusiyanın neft satışından əldə etdiyi mənfəəti tamamilə dayandırmaq üçün daha çox çalışacağımızı vurğulayırıq".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az