Rusiya yenidən Ukraynanı atəşə tutdu - 2 ölü, 2 yaralı

17:35 - 05 Dekabr 2022

Rusiya yenidən Ukraynanı atəşə tutdu - 2 ölü, 2 yaralı

Ukraynanın bütün ərazisində hava hücumu təhlükəsi elan olunub.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ukraynanın hava hücumundan müdafiə vasitələri Xarkov, Poltava və Dnepropetrovsk vilayətlərində Rusiya tərəfinin atdığı bir neçə raketi zərərsizləşdirib.

Bununla yanaşı, Zaporojye şəhərində bir neçə partlayış baş verib. Zaporojye vilayətinin atəşə tutulması nəticəsində Novosofievka kəndində bir neçə ev dağılıb. İlkin məlumata görə, hücum nəticəsində sözügedən kənddə 2 nəfər həlak olub, daha 2 nəfər isə yaralanıb.

Eyni zamanda, ölkənin Çerkassı və Odessa vilayətlərində də partlayışlar qeydə alınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az