Monqolustanın paytaxtı Ulan-Batorda fövqəladə vəziyyət elan edilib.
Manset.az xəbər verir ki, buna səbəb ölkədə 3 gündür davam edən iğtişaşlardır.
Bildirilib ki, etiraz aksiyaları nəticəsində 6 nəfər yaralanıb.
Qeyd edək ki, aksiyalar daş kömürün oğurlanaraq Çinə tədarük edilməsinə görə başlanılıb. Bildirilib ki, indiyədək 12,9 milyard dollarlıq kömür oğurlanıb. Etirazçılar məmurları korrupsiyada ittiham edirlər.