Rusiyanın Kursk şəhərindəki hərbi hava limanında neft anbarına pilotsuz uçuş aparatı (PUA) tərəfindən hücum edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kursk vilayətinin qubernatoru Roman Starovoyt Telegram-da verdiyi açıqlamada, "Kursk hava limanına pilotsuz təyyarənin hücumu nəticəsində neft anbarı yanıb. Can itkisi yoxdur. Yanğın söndürülür. Hadisə yerində bütün xüsusi xidmət orqanları işləyir" – deyib.