Rusiya separatçılarla birlikdə şəhəri tutmağa çalışır - VİDEO

13:56 - 06 Dekabr 2022

Rusiya separatçılarla birlikdə şəhəri tutmağa çalışır - VİDEO

Ukraynada müharibə davam edir.

 

Manset.az xəbər verir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Ukraynanın demək olar ki, bütün şəhərləri kütləvi raket hücumuna məruz qalıb.

“Ukrayna ərazisinə təxminən 70-dən çox raket atılıb. Onların 60-dan çoxu Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Bunun ardınca demək olar ki, bütün əyalətlərdə işıqlar söndü”, - deyə jurnalist qeyd edib.

O da bildirilib ki, Donetsk vilayətinin Baxmut şəhərində ağır döyüşlər gedir. Rusiya ordusu separatçı qüvvələrlə birlikdə şəhəri ələ keçirməyə çalışır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az