12 yaşdan aşağı uşaqlar arasında “Strep A” virusu TƏŞVİŞİ: Ölənlərin sayı artır

14:28 - 06 Dekabr 2022

12 yaşdan aşağı uşaqlar arasında “Strep A” virusu TƏŞVİŞİ: Ölənlərin sayı artır

Böyük Britaniyada “Strep A” infeksiyasına yoluxma halları artıb.

Manset.az oxu.az-a istinadən xəbər verir ki, ibtidai sinif şagirdinin də yoluxmasından sonra ölənlərin sayı səkkizə çatıb.

Səhiyyə rəsmiləri ailələrə ehtiyatlı olmaları ilə bağlı xəbərdarlıq edib, həkimlərə ən kiçik şübhə zamanı antibiotik müalicəsinə başlamaq tapşırılıb.

Virusdan həyatını itirən uşaqların altısı 10 yaşdan aşağı, biri isə 12 yaşındadır. Xəstəliyin sonuncu qurbanının yaşı məlum deyil.

Yeni qərara görə, uşaqlarda “Strep A” infeksiyasına ən kiçik bir şübhə olduqda belə, antibiotik müalicəsinə başlanacaq.

Həkimlərə göndərilən bu təlimat ölkədə xəstəliyin müalicəsində istifadə edilən üç dərmanın tükənmək üzrə olduğu barədə müzakirələrin getdiyi vaxtda gəlib.

Bir çox insan bu infeksiya ilə ağır xəstələnməsə də, yüksək yoluxucu bakteriyalar ciddi xəstəliklərə və ağırlaşmalara səbəb ola bilər. Xəstəliyin ilk qurbanlarından olan yeddi yaşlı Hannanın ailəsi iddia edir ki, əgər qızlarına vaxtında antibiotik verilsəydi, onlar belə faciəvi nəticə ilə üzləşməzdilər.

“Strep A” bəzi insanlarda heç bir əlamət yaratmasa da, daha çox səpgi, boğaz ağrısı, əzələ ağrıları, yüksək hərarət, yorğunluq, qulaq infeksiyaları və dəri yaraları kimi əlamətlərlə özünü göstərir. Mütəxəssislər bu simptomların orta hesabla bir həftə davam etdiyini bildirirlər.

İnsanlar bu bakteriyaya yaxın təmas, öskürək və asqırma yolu ilə yoluxa bilərlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az