Məşhur müğənninin itlərini qaçıran şəxsə hökm oxundu - 21 il müddətinə həbs edildi (FOTO)

14:36 - 06 Dekabr 2022

Məşhur müğənninin itlərini qaçıran şəxsə hökm oxundu - 21 il müddətinə həbs edildi (FOTO)

Dünya şöhrətli ABŞ müğənnisi Ledi Qaqanın Fransız buldoqu olan iki iti 2021-ci ilin fevralında baxıcıları ilə gəzdirilərkən qaçırılmışdı.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Los Anceles Rayon Prokurorluğundan verilən açıqlamada, istintaq çərçivəsində itləri geri gətirən şəxs də daxil olmaqla 5 nəfər itlərin qaçırılması ilə əlaqəsi olduğu səbəbilə saxlanıldığı bildirilib.

Ledi Qaqanın itləri gətirənə sorğu-sualsız 500 min dollar verəcəyini deməsindən sonra itləri geri qaytarıblar.

İtləri qaçıran şəxsə hökm oxunub. O, 21 il müddətinə azadlıqdan məhrum edilib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az