Serbiya prezidenti Aleksandar Vuçiç Albaniyanın paytaxtı Tiranada keçirilən Aİ-Qərbi Balkanlar Sammiti öncəsi media nümayəndələrinin suallarını cavablandırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Vuçiç Avropa ittifaqı ilə bağlı suala cavab olaraq, Serbiyanın Aİ-yə üzvlük yolunda davam edəcəyini qeyd edib:
"Tirana Aİ və regional liderlərin fikirlərini öyrənmək, eyni zamanda Serbiyanın nə düşündüyünü söyləmək üçün gəldim. Masada olmaq hər zaman daha yaxşıdır, əks halda menyuda olacaqsınız".