“Ukrayna ötən ay 8300 hərbçi itirib” - Şoyqu

16:04 - 06 Dekabr 2022

“Ukrayna ötən ay 8300 hərbçi itirib” - Şoyqu

“Ukrayna Silahlı Qüvvələri noyabr ayında 8300-dən çox hərbçi itirib”.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın müdafiə naziri Sergey Şoyqu nazirlikdə iclas zamanı açıqlayıb. 

Onun sözlərinə görə, Ukrayna tərəfi noyabr ayında 5 təyyarə, 10 helikopter, 149 tank və 300-dən çox zirehli döyüş maşını itirib. 

Şoyqu qeyd edib ki, Ukrayna canlı qüvvə və texnika baxımından ən çox itkini Luqansk-Donetsk və Cənubi Donetsk istiqamətlərində verib. 

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi sentyabrın 21-i yaydığı məlumatda müharibə zamanı 61 207 ukraynalı hərbçinin öldüyünü, daha 49 368 hərbçinin isə yaralandığını açıqlamışdı. Şoyqu bu zaman Rusiya tərəfindən müharibədə ümumilikdə 5937 hərbçi öldüyünü bəyan etmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az