Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə müharibədə ən şiddətli toqquşmaların baş verdiyi Donetsk cəbhəsində əsgərlərlə görüşdüyünü açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Slavyansk şəhərində əsgərlərlə görüşən Zelenski bu günün Ukrayna Silahlı Qüvvələri günü olduğunu xatırladaraq, “Ənənəvi olaraq bu gün cəbhə xəttində döyüşçülərimizlə görüşürəm” - deyib.
Zelenski Ukrayna əsgərlərinin 9 aydan çoxdur çətin şəraitdə Rusiya ordusuna qarşı vuruşduğunu və ordunun ölkənin bütün torpaqları azad olunana qədər döyüşəcəyini bildirib.