ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Çinin hərbi gücü ilə bağlı hesabatına Pekin sərt reaksiya verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çin Müdafiə Nazirliyinin sözçüsü ABŞ-ı Çinin milli müdafiə siyasətini və hərbi strategiyasını təhrif etməkdə, dünyada parçalanmalara səbəb olmaqda və münaqişələri qızışdırmaqda ittiham edib.
Pentaqonun "Çinin nüvə potensialında əhəmiyyətli artım" olduğu barədə hesabatına cavab olaraq, Çin Müdafiə Nazirliyi Pekinin "hər zaman və heç bir şəraitdə nüvə silahından ilk istifadə etməmək siyasətinə ciddi şəkildə riayət etdiyini" bildirib.