Qadın qayığın pərvanəsinə ilişərək öldü - ŞOK HADİSƏ

19:29 - 07 Dekabr 2022

Qadın qayığın pərvanəsinə ilişərək öldü - ŞOK HADİSƏ

Başmaqlarını almaq üçün suya girən qadın qayığın pərvanəsinə ilişərək ölüb.

 

Manset.az xəbər verir ki, Kolumbiyada 26 yaşlı qadın San Andres adasında mindiyi qayıqdan başmaqlarını almaq üçün yenidən suya girərkən qayığın pərvanəsinə ilişərək həyatını itirib.

Kolumbiyanın San-Andres adasında 26 yaşlı Natalia Andrea Larranaga Fajardo dostları ilə noyabrın 27-də qayıqla səyahətə çıxıb.

Üzmək üçün suya girən gənc qadın çölə çıxanda başmaqlarını suda unutduğunu anlayıb. Fajardo başmaqlarını götürmək üçün suya girərkən qayığın pərvanəsində ilişib.

Ətrafdakıların köməkliyi ilə qayığa çıxarılan qadının ayaqlarından və belindən ağır xəsarətlər aldığı bildirilib. Xəstəxanada müalicə alan qadını müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb və ölüb.

Qayıq heyətinə qarşı başladılan istintaqın davam etdiyi bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az