Peru Prezidenti parlamenti buraxdı - Ölkədə fövqəladə vəziyyət elan etdi

22:48 - 07 Dekabr 2022

Peru Prezidenti parlamenti buraxdı - Ölkədə fövqəladə vəziyyət elan etdi

Peru Prezidenti Pedro Kastilyo parlamentin buraxıldığını elan edib və ölkədə fövqəladə vəziyyət elan edib.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə o, xalqa müraciəti zamanı bildirib.

P.Kastilyo hüquqi demokratik dövləti bərpa etmək üçün fövqəladə hökumətin yaradılması barədə qərar qəbul olunduğunu deyib: “Bununla əlaqədar belə qərarlar qəbul edilib: hökumət və parlament müvəqqəti olaraq buraxılsın, fövqəladə hökumət yaradılsın, yeni Konstitusiyanın 9 aydan gec olmayaraq qəbul edilməsi məqsədilə mümkün qədər tez müddət ərzində Konqresə yeni seçkilər keçirilsin”.

O məlumat verib ki, Peruda dekabrın 7-dən etibarən komendant saatı tətbiq edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az