ŞOK HADİSƏ: Dostlarını gözləyəndə kişi səkidən yıxılaraq öldü

23:27 - 07 Dekabr 2022

ŞOK HADİSƏ: Dostlarını gözləyəndə kişi səkidən yıxılaraq öldü

Türkiyənin  İsparta şəhərinin Yalvaç rayonunda ailəsi ilə birlikdə yaşayan 57 yaşlı inşaat ustası Sadık İşıqlı  axşam saatlarında avtobusa minərək Antalyaya inşaatda işləmək üçün dostlarının yanına gəlib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, küçədə dostları ilə görüşmək üçün səkidə gözləyən şəxs qəfil müvazinətini itirərək yerə yıxılıb.

Şəxsin yerdə hərəkətsiz uzandığını görən vətəndaşlar vəziyyəti 112 Təcili Zəng Mərkəzinə bildiriblər.

Xəbərdarlıqdan sonra hadisə yerinə gələn təcili yardım briqadası həmin şəxsin öldüyünü müəyyən edib.

Həmin xəbərlə hadisə yerinə gələn inşaat ustasının dostları böyük kədər yaşayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az